Məzmuna keçLogo

Command Palette

Search for a command to run...

İnternetin iş prinsipləri — IP, MAC, DNS və Protokollar

Dərc olundu
9 apr 2025
İnternetin iş prinsipləri — IP, MAC, DNS və Protokollar

İnternetin iş prinsipləri

ip 🌐 IP

IP-local və ya internetə qoşulanda hər cihaza verilən unique bir adressdir. Başqa internetə qoşulanda IP də dəyişir.

novleri Növləri:

  • 🌍 Public IP

    İSP (İnternet Service Provider) tərəfindən verilən IP-dir. Sizi dış dünyaya açan budur, erişilə bilən edir.

  • 🏠 Private IP

    LAN-da, evdə, ofisdə və s. yerli şəbəkələrdə istifadə olunur.

  • 📍 Static IP

    Bu əsasən serverlərə verilir və manual olaraq təyin edilir.

  • 🔄 Dinamik IP

    DHCP (Dynamic Host Configuration Protocol) serveri tərəfindən keçici olaraq verilir.


mac 💻 MAC

MAC Adresi (Media Access Control Address) — fiziki bir adresdir.

Donanıma özgüdür və (normal şərtlərdə) dəyişdirilə bilməz.


dns 📞 DNS

Kontaktlar kimi bir şeydir. Saytların adını IP adreslərinə çevirir.

İnsanlar saytlara gedərkən onların IP adreslərini əzbərləmək yox, adlarını istifadə edir.

📌 Məsələn: google.com IP-si → 142.250.190.14


protocols 📋 Protocols

İnternetdəki cihazların bir-biri ilə necə əlaqə quracağını, dataların necə göndəriləcəyini, qəbul ediləcəyiniyorumlanacağını təyin edən qaydalar və standartlar toplusudur.

Ən məşhurlar: TCP/IP, OSI modelləri

important-protocols Bəzi önəmli protokollar:

  • 🌐 HTTP / HTTPS (HyperText Transfer Protocol / Secure)

    Webin təməl protokoludur. Brauzer ilə Server arasındakı əlaqəni (request, response) təmin edir.

  • 🔒 TCP (Transmission Control Protocol)

    Güvənlibağlantı əsaslı (connection-oriented) daşıma protokoludur.

    Dataları göndərməzdən öncə bağlantı qurur və sonra əksiksiz, sırayla və xətasız göndərildiyini yoxlayır.

    HTTP, FTP, SMTP kimi bir çox protokol TCP üzərində qurulub.

  • UDP (User Datagram Protocol)

    Bağlantısız (connectionless)sürətli, lakin daha az güvənli daşıma protokoludur.

    Bağlantı qurulmadan data göndərilir. Datanın çatıb-çatmadığınasırasına nəzarət edilmir.

    Video, səs stream-ləri, onlayn oyunlar üçün istifadə olunur. (intervyu sualı!)

  • 🔐 TLS / SSL (Transport Layer Security / Secure Sockets Layer)

    HTTPS-dəki S budur. TCP bağlantısının üzərinə əlavə olunur və iletişimi şifrələyir, kimlik doğrulaması aparır.

  • 📁 FTP / SFTP (File Transfer Protocol / Secure File Transfer Protocol)

    Fayl transferi üçün istifadə olunur.

  • ✉️ SMTP / IMAP / POP3

    E-mail protokollarıdır.

  • 🔄 WebSocket

    Gerçək zamanlı, iki yönlü (full-duplex) ünsiyyətə imkan verir.


real-case-example 📌 Bunlara aid Real Case nümunə

Bir veb saytına (www.example.com) bağlandığınızda bunlar baş verir:

  1. 🔍 Kompüteriniz DNS vasitəsilə www.example.com domeninin IP adresini tapır.
  2. 📤 Brauzer, HTTP və ya HTTPS protokolu qaydalarına uyğun olaraq istək paketi yaradır.
  3. 📦 Bu istək, TCP protokolu ilə segmentlərə bölünür.
  4. 📍 Hər TCP segmenti, IP adresi ilə IP paketinə yerləşdirilir.
  5. 💻 Kompüteriniz, paketi yönləndiriciyə göndərmək üçün onun MAC adresini təyin edir (ARP ilə) və Ethernet vasitəsilə göndərir.
  6. 🌐 Paket internet üzərindən yönləndiricidən yönləndiriciyə IP adresinə əsasən çatdırılır.
  7. 📍 Hədəf serverin yerləşdiyi yerli şəbəkəyə çatdıqda, yönləndirici MAC adresinə əsasən paketi serverə çatdırır.
  8. ✅ Server, paketi IP, TCP, HTTP protokollarına görə emal edir və cavabı eyni yolla geri göndərir.
Thanks for reading.