Məzmuna keçLogo

Command Palette

Search for a command to run...

Hosting, OSI Modeli və TCP/IP Modeli

Dərc olundu
3 apr 2025
Hosting, OSI Modeli və TCP/IP Modeli

Hosting

Hosting, application-ınızın fayllarını (kodlar, database, media faylları) saxlayan və internet üzərindən 7/24 erişilə bilən olmasını təmin edən xidmətdir.

Əslində bir server üzərində CPU, RAM, ROM kimi resursları kirayələyirsiniz və orada proqramınızı yerləşdirib run vəziyyətinə gətirirsiniz. Bu şəkildə proqramınız internetdə hər kəs tərəfindən erişilə bilən olur.


OSI Modeli (Open Systems Interconnection)

OSI modeli, kompüter şəbəkələrinin fiziki təchizatından başlayaraq, proqram təminatına qədər işləmə prinsipini izah edən standartlaşdırılmış modeldir.

Bir kompüterdən digərinə məlumat göndərilərkən, bu proses bütün cihazlarda eyni ardıcıllıqla aparılır.

OSI modeli 7 qatdan ibarətdir:

  1. Physical

    Məlumatın bit olaraq fiziki mühitə (kabel, fiber, radio siqnalı) ötürülməsi. Gərginlik səviyyələri, kabel növləri və s.

  2. Data Link

    Eyni fiziki şəbəkə üzərindəki cihazlar arasında xətasız məlumat ötürülməsi (çərçivələr - frames). Fiziki ünvanlandırma (MAC ünvanları).

    Switch-lər bu səviyyədə işləyir. Ethernet protokolu burada yerləşir.

  3. Network

    Fərqli şəbəkələr arasında paketlərin yönləndirilməsi (routing). Məntiqi ünvanlandırma (IP ünvanları) bu səviyyədə həyata keçirilir.

  4. Transport

    Uçtan uca (host-to-host) güvənli (TCP) və ya güvənsiz (UDP) data ötürülməsi.

    Xəta kontrolu, stream kontrolu. Port nömrələri bu qat üçün əhəmiyyətlidir.

  5. Session

    Cihazlar arasında əlaqənin qurulması, aktiv tərəfin qeyd olunması və sinxronlaşdırma funksiyalarını yerinə yetirir.

  6. Presentation

    Məlumatın formatlanması, şifrələnməsi, sıxışdırılması və s. Application qatına datanın daha anlaşıqlı getməsini təmin edir.

  7. Application

    Application-ların şəbəkə ilə əlaqəyə girdiyi qatdır (HTTP, FTP, SMTP, DNS və s.).

    API-lar burada işə düşür.


TCP/IP Modeli

OSI modelindən daha əvvəl yaradılmış və daha çox real dünya tətbiqlərinə fokuslanmış modeldir.

Adını ən önəmli iki protokolundan alır:

TCP (Transmission Control Protocol)IP (Internet Protocol)

Ən yayğın 4 qatlı model:

  1. Application Layer

    İstifadəçinin proqramlarının şəbəkə ilə əlaqədə olduğu qatdır.

    Kobud desək, OSI-dəki Application, Presentation, Session qatlarının işini bir yerdə görür.

  2. Transport Layer

    TCP, UDP protokolları buraya daxildir.

  3. Internet Layer

    IP, IP paketləri ilə məlumatların şəbəkələr arasında yönləndirilməsini təmin edir.

  4. Network Access Layer (və ya Link Layer)

    IP paketlərinin şəbəkə üzərində necə yönləndiriləcəyini təyin edir.

Thanks for reading.