İnternetin iş prinsipləri
ip 🌐 IP
IP-local və ya internetə qoşulanda hər cihaza verilən unique bir adressdir. Başqa internetə qoşulanda IP də dəyişir.
novleri Növləri:
-
🌍 Public IP
İSP (İnternet Service Provider) tərəfindən verilən IP-dir. Sizi dış dünyaya açan budur, erişilə bilən edir.
-
🏠 Private IP
LAN-da, evdə, ofisdə və s. yerli şəbəkələrdə istifadə olunur.
-
📍 Static IP
Bu əsasən serverlərə verilir və manual olaraq təyin edilir.
-
🔄 Dinamik IP
DHCP (Dynamic Host Configuration Protocol) serveri tərəfindən keçici olaraq verilir.
mac 💻 MAC
MAC Adresi (Media Access Control Address) — fiziki bir adresdir.
Donanıma özgüdür və (normal şərtlərdə) dəyişdirilə bilməz.
dns 📞 DNS
Kontaktlar kimi bir şeydir. Saytların adını IP adreslərinə çevirir.
İnsanlar saytlara gedərkən onların IP adreslərini əzbərləmək yox, adlarını istifadə edir.
📌 Məsələn: google.com
IP-si → 142.250.190.14
protocols 📋 Protocols
İnternetdəki cihazların bir-biri ilə necə əlaqə quracağını, dataların necə göndəriləcəyini, qəbul ediləcəyini və yorumlanacağını təyin edən qaydalar və standartlar toplusudur.
Ən məşhurlar: TCP/IP, OSI modelləri
important-protocols Bəzi önəmli protokollar:
-
🌐 HTTP / HTTPS (HyperText Transfer Protocol / Secure)
Webin təməl protokoludur. Brauzer ilə Server arasındakı əlaqəni (request, response) təmin edir.
-
🔒 TCP (Transmission Control Protocol)
Güvənli və bağlantı əsaslı (connection-oriented) daşıma protokoludur.
Dataları göndərməzdən öncə bağlantı qurur və sonra əksiksiz, sırayla və xətasız göndərildiyini yoxlayır.
HTTP, FTP, SMTP kimi bir çox protokol TCP üzərində qurulub.
-
⚡ UDP (User Datagram Protocol)
Bağlantısız (connectionless) və sürətli, lakin daha az güvənli daşıma protokoludur.
Bağlantı qurulmadan data göndərilir. Datanın çatıb-çatmadığına və sırasına nəzarət edilmir.
Video, səs stream-ləri, onlayn oyunlar üçün istifadə olunur. (intervyu sualı!)
-
🔐 TLS / SSL (Transport Layer Security / Secure Sockets Layer)
HTTPS-dəki
S
budur. TCP bağlantısının üzərinə əlavə olunur və iletişimi şifrələyir, kimlik doğrulaması aparır. -
📁 FTP / SFTP (File Transfer Protocol / Secure File Transfer Protocol)
Fayl transferi üçün istifadə olunur.
-
✉️ SMTP / IMAP / POP3
E-mail protokollarıdır.
-
🔄 WebSocket
Gerçək zamanlı, iki yönlü (full-duplex) ünsiyyətə imkan verir.
real-case-example 📌 Bunlara aid Real Case nümunə
Bir veb saytına (www.example.com
) bağlandığınızda bunlar baş verir:
- 🔍 Kompüteriniz DNS vasitəsilə
www.example.com
domeninin IP adresini tapır. - 📤 Brauzer, HTTP və ya HTTPS protokolu qaydalarına uyğun olaraq istək paketi yaradır.
- 📦 Bu istək, TCP protokolu ilə segmentlərə bölünür.
- 📍 Hər TCP segmenti, IP adresi ilə IP paketinə yerləşdirilir.
- 💻 Kompüteriniz, paketi yönləndiriciyə göndərmək üçün onun MAC adresini təyin edir (ARP ilə) və Ethernet vasitəsilə göndərir.
- 🌐 Paket internet üzərindən yönləndiricidən yönləndiriciyə IP adresinə əsasən çatdırılır.
- 📍 Hədəf serverin yerləşdiyi yerli şəbəkəyə çatdıqda, yönləndirici MAC adresinə əsasən paketi serverə çatdırır.
- ✅ Server, paketi IP, TCP, HTTP protokollarına görə emal edir və cavabı eyni yolla geri göndərir.